Rusiya Ukraynada texnogen fəlakət törətməyə çalışır - Ukrayna mediası
Rusiya Ukraynada texnogen fəlakət törətməyə çalışır.
Bakufakt.az Azerxeber.az saytına istinadən xəbər verir ki, Ukrayna mediasının iddiasına görə, Rusiya prezidenti Vladimir Putin Çernobıl AES-də terror aktının hazırlanması barədə göstəriş verib və buna görə məsuliyyət Ukraynaya "yüklənəcək”.
Qeyd edilir ki, "Çernobıl qəzasında bizim hərbçilərin iştirakını imitasiya etmək üçün işğalçılar öz versiyalarını təsdiqləmək üçün saxta "sübut” yaratmağa çalışırlar. Xüsusilə, Qostomeldəki Antonov hava limanı yaxınlığında ölən ukraynalı döyüşçülərin cəsədlərini toplayan Rusiyanın soyuducu yük maşınları görüntülənib. Onların Çernobıl zonasında öldürülən diversantlara təhvil veriləcəyi ehtimalı var.
Yəni, yerüstü hərbi əməliyyatlardan və birbaşa danışıqlardan istənilən nəticəni almayan Putin dünya ictimaiyyətinin nüvə şantajına əl atmağa hazırdır.
Hazırda Çernobıl AES-i Beynəlxalq Atom Enerjisi Agentliyinin monitorinq sistemlərindən tamamilə ayrılıb. Stansiya enerjisizdir. Mövcud dizel generatorlarının xidmət müddəti təhlükəsizlik sistemlərinin işini dəstəkləmək üçün 48 saat hesablanır.
İşğalçılar ukraynalı təmirçilərə stansiyaya giriş icazəsi verməkdən imtina ediblər. Əvəzində Aleksandr Lukaşenkonun göstərişi ilə oraya "Belarus mütəxəssisləri” gedib. Məlumatlara görə, onların arasında nüvə enerjisi adı altında terror aktı təşkil etmək üçün rus diversantları da var.