Azad Media Susdurula Bilməz!
Lavrov: “Rusiya Ukraynaya hücum etməyib
HƏRBİ XƏBƏRLƏR

Lavrov: “Rusiya Ukraynaya hücum etməyib

Bu gün biz əsasən humanitar məsələlərdən danışdıq”.

Bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov Antalyadakı danışıqların nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, müzakirələr zamanı mülki əhalinin vəziyyətini yüngülləşdirmək üçün RF ordusu tərəfindən yerlərdə görülən tədbirlərdən danışılıb.

“Rusiya başqa ölkələrə hücum etməyi planlaşdırmır, Ukraynaya da hücum etməyib”, - deyə RF XİN rəhbəri vurğulayıb.

Xatırladaq ki, bu gün Antalyada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya Federasiyası XİN rəhbəri Sergey Lavrov və ukraynalı həmkarı Dmitri Kulebanın iştirakı ilə Rusiya-Türkiyə-Ukrayna üçtərəfli görüşü baş  tutub.

IRON MAX AZERBAIAN