HƏRBİ XƏBƏRLƏR
Ukrayna Putin - Zelenski görüşünün təşkili üçün Almaniyadan yardım istədi.
Bakufakt.az Oxu.az saytına istinadən xəbər verir ki, Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva bəyan edib ki, ölkəsi Almaniya kansleri Olaf Şoltzdan Volodimir Zelenski ilə Vladimir Putin arasında görüşün təşkilinə köməklik göstərməsini istəyib.
Onun sözlərinə görə, Ukraynadakı vəziyyəti ancaq prezidentlər səviyyəsində danışıqlar həll edə bilər.
“Ruslarla aparıla biləcək yeganə ciddi danışıqlar prezidentlər səviyyəsində mümkün olardı. Mənim prezidentim buna hazırdır. Beynəlxalq tərəfdaşlar belə bir görüşün təşkilində bizə kömək etməlidirlər. Biz Almaniya kansleri ilə belə bir görüşün təşkili ilə bağlı danışırıq”, -deyə Jovkva qeyd edib.