Azad Media Susdurula Bilməz!
Odessada həlak olan dörd soydaşımızın nəşinin Azərbaycana gətirilməsi gecikir.
HƏRBİ XƏBƏRLƏR

Odessada həlak olan dörd soydaşımızın nəşinin Azərbaycana gətirilməsi gecikir.

Qardaşımın nəşinin nə zaman ailəsinə təhvil veriləcəyi ilə bağlı heç kim məlumat vermir. Neçə gündür deyirdilər ki, Azərbaycana gətiriləcək, amma hələ də xəbər yoxdur”.

 

Bakufakt.az Oxu.az saytına istinadən xəbər verir ki, Ukraynada fevralın 27-də Odessa ərazisində Kuçurqan keçid məntəqəsi yaxınlığında Rusiya ordusunun avtomobili gülləbaran etməsi nəticəsində həyatını itirən Nemət İsmayılovun qardaşı Qaçay İsmayılov məlumat verib. 

Onun sözlərinə görə, qardaşının nəşi Moldovadakı xəstəxananın morqunda olub:

“Dünən orda bir nəfər var, məlumatları ondan alırıq. O dedi ki, nəşləri morqdan çıxarıb Moldova sərhədinə aparıblar. Böyük ehtimalla oradan Rumıniyaya keçirəcəklər. Bu gün Rumıniyaya keçsələr, proses bir az sürətlənərdi. Heç kim bizimlə əlaqə saxlayıb, bir dəqiq məlumat vermir. Qardaşımın oğlanlarından biri anası ilə birlikdə artıq Azərbaycana gəlib. Amma yaralı oğlu Süleyman İsmayılov Moldovada xəstəxanadadır. Diz qapağından ağır yaralanıb, hələ 2 ay orda qalmalıdır deyirlər. Heç kim maraqlanmır ki, ailəsi nə vəziyyətdədir. Xarici İşlər Nazirliyindən xahiş edirik, bizə kömək etsinlər. Biz özümüz Gəncə şəhəri Gülüstan qəsəbəsində məskunlaşmışıq. Nəşlər gətirilib ailəsinə təhvil verilsin ki, burada Kəlbəcər qaçqınları üçün Murovdağ adlanan qəbiristanlıq var, orada torpağa tapşıraq.

IRON MAX AZERBAIAN