7 saatlıq əməliyyat: Ordumuz bu əraziləri nəzarətə götürdü
Yeddi saatlıq əməliyyatın nəticələrini hərbi və siyasi olaraq qiymətləndirə bilərik.
Hərbi nəticələr:
Birincisi, Ermənistanın sərhəd boyunca təhdid yarada biləcək hərbi infastrukturu sıradan çıxdı - hərbi hissələr və hava hücumundan müdafiə sistemləri;
İkincisi, erməni ordusuna ağır zərbə vuruldu: rəsmi məlumatda 49 itki deyilsə də, erməni mənbələrin məlumatı, eləcə də endirilən zərbələrin görüntüləri bunun qat-qat çox olduğunu deməyə əsas verir; bəzi erməni Teleqram kanalları 400-ə yaxın canlı qüvvə itkisi olduğunu yazır, postlar darmadağın edilib, dəyəri yüzmilyonlarla olan iki ədəd S-300 raketi və artilleriya qurğuları məhv edilib;
Üçüncüsü, strateji yüksəkliklər nəzarətə götürülüb: rəsmi açıqlamada Ermənistanın nəqliyyat-kommunikasiya sisteminə nəzarət imkanı əldə etdiyimiz qeyd olunur. Qeyri-rəsmi məlumatlara görə:
- 100 kvadratkilometr ərazi ordumuzun nəzarətinə keçib;
- İrəvan-Gorus yolu ordumuzun bir atış məsafəsi qədər nəzarətindədir;
Strateji yüksəkliklərə nəzarət Ermənistanın sərhəddə Azərbaycana qarşı təhdid potensialını da sıradan çıxarır.
Siyasi nəticələr:
Birincisi, hərbi gedişlə masadakı gündəliyi dəyişməyə çalışan Ermənistan istəyinə nail ola bilmədi və bu, İrəvanın tələblərlə razılaşmaqdan başqa yolunun olmadığını yenidən gündəmə gətirir
İkincisi, Bakı həm Moskva, həm Brüssel masasındakı razılaşmların icrası tələbini sərtləşdirəcək: son əməliyyatın nəticələri Bakının diplomatiyada da əlini gücləndirə bilər;