Azad Media Susdurula Bilməz!
İrəvan anlamalıdır: heç bir güzəşt olmayacaq
HƏRBİ XƏBƏRLƏR

İrəvan anlamalıdır: heç bir güzəşt olmayacaq

Azərbaycan zarafat etmədiyini bir ay öncə də bildirmiş və istənilən təxribatın qarşısını ala biləcəyini sübut etmişdi. Dünən baş verənlər də Azərbaycanın heç bir güzəştli davranış sərgiləmək fikrində olmadığını göstərdi. Ermənistan artıq bundan dərs çıxarmalı və öhdəliyə əməl etməlidir.

Bu sözləri  millət vəkili Fazil Mustafa Ermənistan siyasi-hərbi rəhbərliyinin hərbi avantüralarla qəsdən regionda vəziyyəti gərginləşdirmək və sülh müqaviləsi üzrə danışıqları pozmaq cəhdləriylə bağlı danışarkən deyib.

“Ermənistan 10 noyabr sazişinin bəndlərinə müəyyən dərəcədə əməl etdi. Ancaq hələ də yarımçıq qalan xeyli öhdəliklər var. Azərbaycan bu məsələlərin üzərinə gedir, ancaq əsas diqqəti kommunikasiya məsələlərinin həllinə yönəldib. Ermənistan öz ərazisinə aid olan məsələlərdə hələ heç bir addım atmayıb. Yəni, bizim ərazimizdən ermənilər necə Laçın vasitəsilə Xankəndi ilə əlaqə qura bilirsə, eyni zamanda biz də Naxçıvanla əlaqə qurmalıyıq. Buna hər hansı şəkildə maneə yaratmalarına da imkan verməyəcəyik.

Reklam ADS