Azad Media Susdurula Bilməz!
Ukrayna XİN: “Azərbaycanın Xarkovdakı konsulluğunun bombardman edilməsini qətiyyətlə pisləyirik.
HƏRBİ XƏBƏRLƏR

Ukrayna XİN: “Azərbaycanın Xarkovdakı konsulluğunun bombardman edilməsini qətiyyətlə pisləyirik.

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Federasiyası silahlı qüvvələri tərəfindən Azərbaycanın, Yunanıstanın, Sloveniyanın və Albaniyanın bu ölkədə yerləşən diplomatik korpuslarının yerləşdiyi binaların atəşə tutulmasını qətiyyətlə pisləyib.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Rusiya ordusunun Mariupola etdiyi raket və bombalı hücumları nəticəsində Yunanıstanın Baş Konsulluğunun və ATƏT-in Xüsusi Monitorinq Missiyasının ofisinin yerləşdiyi binaya və Azərbaycanın, Sloveniyanın, Albaniyanın Xarkovda yerləşən fəxri konsulluqlarının binalarına ziyan dəyib”, - bəyanatda qeyd olunur.

Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya ordusu tərəfindən diplomatik nümayəndəliklərinin binalarına qarşı həyata keçirilən silahlı hücum beynəlxalq humanitar hüquqa, Diplomatik və Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasına ziddir.

Bununla əlaqədar olaraq Ukrayna XİN beynəlxalq ictimaiyyəti Rusiyanı Ukraynada mülki obyektlərin vəhşicəsinə atəşə tutmasına, bunun nəticəsində mülki əhalinin, o cümlədən uşaqların həlak olması və yaralanmasına görə qınamağa çağırır.

Mənbə: Unian

IRON MAX AZERBAIAN