Rusların gücü tükənir: Resurs toplaya bilmir
Ukraynadakı Rusiya ordusunun çox ciddi problemləri var. Onlar ölkənin şərqində taktiki uğurları uğurlu əməliyyata çevirə bilmirlər.
Bakufakt.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Yəqin ki, Rusiya qüvvələri hücum edib uğurlu əməliyyat keçirmək və sürəti artırmaq üçün kifayət qədər resurs toplaya bilməyəcəklər. Rusiya qüvvələrinin Baxmut və Avdiyevka ətrafında əvvəlki uğurlarından istifadə edə bilməməsi onların daha fundamental hərbi probleminin göstəricisidir. Ruslar Ukrayna ordusunun müdafiə xəttinin əhəmiyyətli hissələrini darmadağın etmək üçün daim taktiki irəliləyişlərdən istifadə edə bilmir. Buna görə də onlar Ukrayna müdafiəçilərinə taktiki geri çəkilmə və lazımi yerlərə hücum üçün imkanı verirlər. Bu amil Rusiyanın şərqə doğru irəliləməsinin son dərəcə yavaş tempini izah edir. Vəziyyət gözlənilməz şəkildə dəyişməsə, ruslar yaxın aylarda elə də çox ərazi tuta bilməyəcəklər”, - məlumatda deyilib.