 
								
									HƏRBİ XƏBƏRLƏR
									
						
								Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi
Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı dünyasını dəyişib.
“Unikal”ın məlumatına görə, hadisə İsmayıllı rayonunda baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlu ötən gün ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, S.Zülfüqarov Laçın rayonunda xidmət edib. O, bir neçə gün öncə məzuniyyətə çıxıbmış.
 
                                
 
													 
													 
													 
													 
													