HƏRBİ XƏBƏRLƏR
Ukrayna şəhərlərində rusiyalı hərbçilərə qarşı etirazlar davam edir
Bakufakt.az xəbər verir ki, Ukrayna şəhərlərində Rusiya hərbçilərinə qarşı etirazlar davam edir.
Sosial şəbəkələrdə yayılmış növbəti görüntülər hazırda Rusiya qoşunlarının nəzarətində olan Berdyansk şəhərindəndir.
Etirazçılar “Berdyansk Ukraynadır!” şüarları altında şəhərdəki rusiyalı hərbçiləri qovmağa çalışırlar.
Həmçinin, bu gün Qeniçeskdə də yerli sakinlər rusiyalı hərbçilərinə qarşı mitinqə çıxıblar. Onlar NATO-dan Ukraynanın səmasını bağlamağı xahiş ediblər.