HƏRBİ XƏBƏRLƏR
Rusiya Ukraynada sükut rejimi elan edir.
Bakufakt.az Oxu.az saytına istinadan xəbər verir ki, bu gün Moskva vaxtı ilə səhər saat 10:00-dan (Bakı vaxtı ilə saat 11.00-dan) etibarən Rusiya tərəfi Ukraynada sükut rejimi elan edir və mülki əhalinin Mariupol, Volnovaxadan çıxması üçün humanitar dəhlizlər açır.
Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, humanitar dəhlizlər və çıxış yolları Ukrayna tərəfi ilə razılaşdırılıb.