HƏRBİ XƏBƏRLƏR
Ukraynada daha bir azərbaycanlı həlak oldu
Ukraynada döyüşlərdə daha bir azərbaycanlı həlak olub.
Bakufakt.az xəbər verir ki, Rusiya Hava Desant Qoşunlarının 31-ci əlahiddə briqadasının hərbçisi Vidadi Asif oğlu Məmiyev mayın 19-da Ukraynanın Luqansk vilayətinin Severodonetsk şəhəri uğrunda gedən döyüşlərdə ölüb.
32 yaşlı hərbçinin bir neçə dəfə yaralanmasına baxmayaraq sona qədər mövqeyindən geri çəkilmədiyi bildirilir