Azad Media Susdurula Bilməz!
Azərbaycanda hər saatda 4 nəfər boşanır - Daha çox kimlər xəyanət edir, QADINLAR, yoxsa KİŞİLƏR
GÜNDƏM

Azərbaycanda hər saatda 4 nəfər boşanır - Daha çox kimlər xəyanət edir, QADINLAR, yoxsa KİŞİLƏR

Son 2 ayda ölkədə 2505 boşanma hadisəsi qeydə alınıb. Bu isə günə təqribən 40 boşanma halı deməkdir.

Pandemiya bitir, elə isə indi boşanma hadisələrinin səbəbi nədir?

Azmedia.Az xəbər verir ki, bizim.media-ya danışan psixoloq Gülnarə Orucova da boşanmalar hər gün artmaqda davam etdiyini deyib:

"Bunun səbəbi sırf pandemiya deyil. Bu gün boşanmaların nəinki sayının artması, müddəti də azalıb. 6 ay, 8 ay evli qalan insanlar boşanmaya gedir. İli tamam olmayan nikahlar var ki, heç o nikahın bitməsi üçün boşanmaya getməyin mənası olmur".

Psixoloq deyir ki, müşahidələrinə görə, hal-hazırda boşanmaların əsas motivi xəyanətdir: "Tez-tez sual verirlər ki, siz niyə sosial şəbəkələrdə yetişkinlərlə olan seanslarınızı paylaşmırsınız. Çünki daha çox xəyanət motivli müraciət edən ailələrdir, xüsusilə də qadınlar "həyat yoldaşım mənə xəyanət edir" deyə gizli müraciət edir. Əslində psixoloqa gizli müraciət olunmamalıdır. Psixoloqa əgər müraciət edirsənsə, həyat yoldaşınla birgə gəlməlisən. Siz artıq boşanma mərhələsinə kimi gəlib çıxmısınızsa, psixoloqa gizli gəlməyin nə mənası var?".

Ekspert müasir dünyanın insanlarda yaratdığı yalançı hissiyatdan da danışıb:

"Bu gün insanlar seriallara baxırlar, şəhərə çıxırlar ki, kinoda da, şəhərdə də insanlar gözəl yaşayır, geyinir. Onlar elə bilir ki, şəhərdə gördüyü insanlar hər gün gəzirlər. Xüsus ilə qadınlarımız bu düşüncədədir. Əslində isə belə deyil. İnsanlar yaxşı yaşamaq uğrunda sanki mübarizəyə çıxıblar. Bir çox qadın düşünür ki, mən həyat yoldaşımdan ayrılsam, sərbəst və rahat olacam, istədiyim kimi yaşaya biləcəm. Diqqət etsəniz, əxlaqsız qadınların və estetik əməliyyatların da sayı artıb

IRON MAX AZERBAIAN