Azad Media Susdurula Bilməz!
"Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO
GÜNDƏM

"Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO

Böyük Britaniya iyulun 7-də Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib.

"Bakufakt" bildirir ki, bu barədə məlumat krallığın rəsmi saytında dərc edilib. Yenilənən sənədə əsasən, "Zangazur" ("Zəngəzur" - red.) adlı neft tankeri artıq Böyük Britaniyanın sanksiyalar siyahısında yer almır.

"Ləğv rəsmi qərar qəbuletmə prosesindən sonra siyahıdan çıxarılmadır. Aşağıdakı qeyd ləğv edilib və artıq sadalanan sanksiyalara məruz qalmır", - deyə mətndə qeyd olunub.

Bildirilib ki, tanker əvvəllər Rusiya mənşəli neft və neft məhsullarını sözügedən dövlətdən üçüncü ölkələrə daşıdığı üçün sanksiya siyahısına daxil edilmişdi.

Xatırladaq ki, "Zəngəzur" 2010-cu ildə inşa edilib və çəkisi 60 379 tondur. Gəmi hazırda Azərbaycan bayrağı altında üzür.

IRON MAX AZERBAIAN