Azad Media Susdurula Bilməz!
İtkin-şəhid Dəyanət Musayevin qalıqları Ucarda dəfn edildi
GÜNDƏM

İtkin-şəhid Dəyanət Musayevin qalıqları Ucarda dəfn edildi

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Dəyanət Salik oğlu Musayevin nəşinin qalıqları bu gün doğulduğu Ucar rayonunun Boyat kəndində ailəsinə təhvil verilib.

Kənddə keçirilən vida mərasimində şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib.

Vida mərasimindən sonra şəhid Dəyanət Musayevin qalıqları doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Dəyanət Musayev 1973-cü ildə Ucar rayonu, Boyat kəndinə doğulub. 1994-cü ilin fevralında Murovdağ silsiləsində itkin düşüb.

IRON MAX AZERBAIAN