GÜNDƏM
"Kredaqro" MMC cərimələndi
"Kredaqro" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.
Bakufakt.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, qurumun apardığı cari nəzarət tədbirləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 22.1-ci maddəsinin və "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb.
Bu səbəbdən BOKT barəsində İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "Kredaqro"nun vəzifəli şəxsi 10 min manat cərimə tətbiq olunub.

