Azad Media Susdurula Bilməz!
Ölkədə bu tələblər sərtləşdirilir
GÜNDƏM

Ölkədə bu tələblər sərtləşdirilir

Milli Məclisin iclasında “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Bakufakt.az-ın  məlumatına görə, layihəyə əsasən, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir.

Qeyd olunub ki, hazırda ölkədaxili sifarişli daşımalara icazə buraxılış vəsiqəsinin verilməsi ilə həyata keçirilir. Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər (sənədlər) digər daşıma növləri ilə (o cümlədən taksi fəaliyyəti ilə məşğul olma) müqayisədə çox məhduddur və daha az sayda sənədlər tələb olunur. Tələb olunan sənədlər isə əsasən məlumat xarakterli sənədlərdir (buraxılış vəsiqəsi alan şəxsə dair məlumatlar, VÖEN, nəqliyyat vasitəsi üzərində hüquqları müəyyən edən sənədlər).

Təklif olunan dəyişiklik buraxılış vəsiqəsinin əldə olunması üçün əlavə tələblərin (sənədlərin) müəyyən edilməsini nəzərdə tutur, hansı ki, bu tələblər sürücünün peşəkarlığının (xüsusi hazırlıq keçməsinin), sürücülük vəsiqəsinin kateqoriyasının bu fəaliyyətlə məşğul olmağa uyğunluğunun, onun sağlamlıq vəziyyətinin və nəqliyyat vasitəsinin texniki vəziyyətinin qiymətləndirilməsinə xidmət edir. Qeyd etmək lazımdır ki, bu tələblər hazırda taksi ilə sərnişin daşımalarına və müntəzəm şəhərdaxili, şəhərlərarası (rayonlararası) sərnişin daşımalarına icazə verilməsi zamanı mövcuddur.

Bildirilib ki, sifarişli daşımalarda (xüsusən də sərnişin daşımalarında) istifadə olunan nəqliyyat vasitələrinin orta yaşının 17,6 il olduğu nəzərə aldıqda, nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi ilə həmin nəqliyyat vasitələrinin daşıma üçün təhlükəzliyinə tam şəkildə nəzarət etmək mümkün deyil. Digər tərəfdən nəzərə alınmalıdır ki, ən çoxu 5 sərnişin daşınan taksi minik avtomobillərinə dair texniki, daxili və xarici tərtibatla bağlı tələblər olduğu halda 10-dan çox sərnişin daşıyan sifarişli sərnişin daşımalarında bu tələblərin olmaması daha ciddi təhlükələrə yol aça bilir.

Eyni zamanda qanun layihəsi ilə ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlarası) sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün müvafiq icbari sığortaların olmasını təsdiq edən sənədlərin mövcudluğu da tələb olunacaq. Layihə ilk oxunuşda təsdiqlənib.

IRON MAX AZERBAIAN