Azad Media Susdurula Bilməz!
Səfir vəzifəsindən geri çağırılan Hüseyn Hüseynovun qeyri-qanuni uşağı var - İDDİA
GÜNDƏM

Səfir vəzifəsindən geri çağırılan Hüseyn Hüseynovun qeyri-qanuni uşağı var - İDDİA

Azərbaycanın Bolqarıstandakı səfiri vəzifəsindən geri çağırılan Hüseyn Hüseynovun qeyri-qanuni qızının olduğu iddia edilir.

Bakufakt.az xəbər verir ki, bu barədə "Oxu.az"a onun katibəsi Mariya Boteva məlumat verib.

Qadın iddia edir ki, H.Hüseynov onu aldadıb və hazırda aliment vermək istəmir, hədə-qorxu gəlir.

"O məni aldadıb. Əvvəl inandırıb ki, boşanıb, məsuliyyəti üzərinə götürüb, sonra isə qorxutmağa başlayıb. Noyabrın 21-də Bolqarıstan məhkəməsi işə baxacaq. Bizim bir övladımız var. Atalığı təsdiq etmək üçün hazırladığım sənədi də sizə təqdim edirəm", - deyə M.Boteva bildirib.

Qeyd edək ki, Hüseyn Hüseynov Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın əridir.

Həmçinin onun səfir vəzifəsindən geri çağırılması da məhz qeyri-qanuni övladı olması ilə əlaqələndirilir.

1461262

1461263

1461264

1461265

IRON MAX AZERBAIAN