Azad Media Susdurula Bilməz!
Bloger Gömrük Komitəsindən şikayət etdi - "Bizə “ürəyimiz belə istəyir” deyirlər
GÜNDƏM

Bloger Gömrük Komitəsindən şikayət etdi - "Bizə “ürəyimiz belə istəyir” deyirlər

Bloger Mehin Oktaylı Dövlət Gömrük Komitəsindən şikayətçidir.

Bu barədə bloger sosial şəbəkədə məlumat paylaşıb.

Bildirib ki, gömrükdə anasının çamadanı əlindən alınıb: "17 may tarixində anam Nərgiz Zahirova İstanbuldan Bakıya gəlib. Vətənə çatan kimi hava limanında çamadanını əlindən alıblar. İçində sadəcə özünə, mənə və nəvəsinə aldığı geyimlər olub. Satış məqsədli geyimlər gətirilməyib. Anam israrla “açın, baxın çamadana” dediyi halda heç bir işçi açıb baxmadan əlindən alıblar. Hətta kobud rəftar edərək öz tərbiyyələrini göstəriblər.  2 gündür hava limanına getməyinə baxmayaraq hələ də çamadanı vermirlər. Səbəb isə “ürəyimiz belə istəyir” olur. Siz camaatı dolamısınız? Gömrük Komitəsi, İstanbuldan gələn hər kəs özü və ailəsi üçün alış-veriş edir. Mənə maraqlıdır, bu qayda-qanunuz hər bir vətəndaş üçün belədir?! Ya keyfiniz istədiyi şəxsin çamadanını heç bir səbəb olmadan əlindən alırsınız? Bu dövlətin qanunu, qaydası var və heç kim özbaşınalıq edə bilməz. Bir az insaf, bir az vicdan!! O çamadan evə gələcək, amma mən sizdən hər yerə şikayət edəcəyəm"./Unikal

 

Bloger Gömrük Komitəsindən şikayət etdi - "Bizə “ürəyimiz belə istəyir” deyirlər

IRON MAX AZERBAIAN