Azad Media Susdurula Bilməz!
Suraxanıda maarifləndirici tədbir keçirildi- Fotolar
GÜNDƏM

Suraxanıda maarifləndirici tədbir keçirildi- Fotolar

Aprelin 29-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin “Milli Dövlətçilik və Konstitusiya: Məktəblilərlə Strateji Dialoq” adlı layihə çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda gənclərlə silsilə xarakterli növbəti görüşü keçirilib.

Bakufakt.az  xəbər verir ki, tədbirdə RİH başçısının müavinləri, Qaraçuxur qəsəbəsi üzrə 146, 275, 278, 279 nömrəli tam orta məktəblərin direktorları, müəllim heyəti, yuxarı sinif şagirdləri iştirak ediblər.

Adil Əliyev çıxış edərək bildirib ki, artıq ənənə halını almış gənclərlə təşkil olunan görüşlər onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi, ictimai proseslərə fəal qoşularaq Azərbaycanın uğurlu gələcəyinə böyük töhfə vermək məqsədi daşıyır.

RİH başçısı çıxışında öz həyatını doğma xalqına həsr etmiş Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin ömür yolunun vətənə və xalqa xidmət nümunəsi olduğunu diqqətə çatdıraraq, onun Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətləri haqqında ətraflı məlumat verib.

O, qeyd edib ki, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.

Adil Əliyev bildirib ki, bu gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız özünün yeni inkişaf tarixinə qədəm qoyub, indi dövlət suverenliyimiz tamdır, ərazilərimiz bütövdür, sərhədlərimiz isə toxunulmazdır. Dövlətimiz öz müstəqilliyini möhkəmləndirmək və dünyada mövqeyini daha da rəşadətlə qorumaq istiqamətində əlindən gələni əsirgəmir.

Tədbirdə Adil Əliyev gənclərin müxtəlif məsələlərlə bağlı suallarını ətraflı cavablandırıb, eləcə də gənclərin hər birinə hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.









IRON MAX AZERBAIAN