Azad Media Susdurula Bilməz!
Milli parkda ceyranın başını kəsən şəxs nazirlik əməkdaşı imiş
GÜNDƏM

Milli parkda ceyranın başını kəsən şəxs nazirlik əməkdaşı imiş

 

Şirvan Milli Parkında ceyran ovlanmasının bəzi təfərrüatı məlum olub.

Bakufakt.az xəbər verir ki, bir neçə gün əvvəl Şirvan Milli Parkında ceyranı ovlayaraq başını kəsən Elvin Əsgərov Fövqəladə Hallar Nazirliyinin (FHN) Neftçala rayon şöbəsinin əməkdaşı imiş.

Xatırladaq ki, milli parkın direktoru Seymur Kərimov polisə müraciət edərək qoruğun Yenikənd kəndinin ərazisində kəsilmiş ceyran başı və iki patron gilizi tapdığını bildirib. Bundan sonra polis hərəkətə keçib və Neftçala rayon sakini Elvin Əsgərov saxlanılıb.

Məlumata görə, Elvin Əsgərov tək olmayıb. İş hazırda Salyan Rayon Polis Şöbəsində araşdırılır.

IRON MAX AZERBAIAN