Azad Media Susdurula Bilməz!
Hacıqabulun su basmış kəndində son VƏZİYYƏT
GÜNDƏM

Hacıqabulun su basmış kəndində son VƏZİYYƏT

Xəbər verdiyimiz kimi, son günlər aramsız yağışlar Hacıqabul rayonu Qubalıbaloğlan kəndi ərazisində təhlükəli vəziyyət yaradıb.

Sson vəziyyəti öyrənmək üçün Qubalıbaloğlan kənd bələdiyyəsinin sədri Mircəfər Əsgərov ilə əlaqə saxlanılıb.

O bildirib ki, vəziyyət hazırda yaxşıdır.

"Dünən bəndin suları kəsilib, axının qarşısı demək olar tamamilə alınıb. Sel gəlməyə davam edir, amma daha çox fəsad verməsi gözlənilmir. Bundan sonrası üçün lazımi tədbirlər görülüb. 40 metrə qədər bənd çəkildi. İndi isə seldən geri qalan lil təmizlənir. Bütün fəsadlar aradan qaldırılması üçün işlər aparılır".

Qeyd edək ki, Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi səbəbindən subasmaya məruz qalmış ərazilərdə gün ərzində köməksiz vəziyyətdə qalmış 8-i uşaq olmaqla ümumilikdə 81 nəfər vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

IRON MAX AZERBAIAN