Kardiologiya İnstitutunda qarşıdurma: Baş həkim Gülnaz Dadaşovanı məhkəməyə verdi
Bu yaxənlarda Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş həkimi təyin olunan Azad Hacıyev Ynstitutun direktoru Gülnaz Dadaşovanı məhkəməyə verib.
2011-ci ildən 2021-ci ilə qədər Kardiologiya İnstitunda direktor müavini vəzifəsində çalışan Azad Hacıyev son təyinatına qədər 3 il İnstitutun elmi şöbəsinə rəhbərlik edib. O, 2021-2024-cü illərdə şöbhə rəhbəri kimi maaş almadığını iddia edir. Bu səbəbdən Azad Hacıyevlə İnstitutun direktoru Gülnaz Dadaşova arasında ciddi narazılıq yaranıb. Direktor onun maşını ödəməkdən imtina edib. Buna görə də Azad Hacıyev Gülnaz Dadaşovanı məhkəməyə verib.
Qeyd edək ki, Azad Hacıyev baş həkim olmamışdan əvvəl 10 il ərzində İnstitutun direktorunun müavini vəzifəsində işləyib. 2021-2024-cü illərdə şöbhə rəhbəri kimi maaş almayan Azad Hacıyevin Səhiyyə Nazirliyi və TƏBİB-ə də şikayət etdiyi bildirilir. Qeyd olunur ki, TƏBİB-dən onun maaşının Gülnaz Dadaşova tərəfindən ödənilməli olduğu bildirilib.
Kardiologiya İnstitutunda yaşanan daha bir qalmaqal kadrlar şöbəsi ilə bağlıdır. Belə ki, Fatma adlı xanım Kadrlar şöbəsinin rəhbəri vəzifəsindən gedəndən sonra bu vəzifə necə deyərlər, “auksion”a çıxarılıb. Hazırda kadrlar şöbəsini Fidan Göyüşova idarə edir. İddialara görə, Gülnaz Dadaşovanın katibəsi Aygül Məmmədovanın vasitəçiliyi ilə işə düzələn və şöbə müdiri sözü verilən şəxslə Fidan Göyüşova dalaşıb. Nəticədə həmin şəxs “verdiklərini” geri alaraq işdən çıxıb…
Əməkdaşların sözlərinə görə, institutda birinci mərtəbə üçün kondisioner almaq məqsədilə həkimlərdən adambaşına 30 manat pul yığılır. Bu isə həkimlər arasında narazılığa səbəb olub. Onlar hesab edirlər ki, dövlət tərəfindən ayrılan vəsaitlər mənimsənildiyindən onların hesabına instituta kondisioner alınır.
Səslənən iddialarla bağlı Kardiologiya İnstitutunun rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq.