Azad Media Susdurula Bilməz!
Əvəz Zeynallıya hökm oxundu - 9 il
GÜNDƏM

Əvəz Zeynallıya hökm oxundu - 9 il

Jurnalistlər - Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi müttəhimlərin rüşvət alma ittihamlarının sübuta yetirildiyini elan edib.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il azadlıqdan məhrum ediliblər.

Ə. Zeynallının evində axtarış zamanı götürülmüş 16 min manat dövlət nəfinə müsadirə edilib. Zeynallı və Şükürov cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Məhkəmə istintaqı dövründə və son sözlərində təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.

Qeyd edək ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İttihama görə, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. Bundan başqa o, dələduzluqda və vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə ittiham elan edilib. Elnur Şükürov da Əvəz Zeynallı ilə birgə mühakimə edilib. O da rüşvət almaqda və dələduzluqda təqsirləndirilir.

"BakuFakt.az"

IRON MAX AZERBAIAN