Azad Media Susdurula Bilməz!
Psixiatriya Xəstəxanasında pasiyent niyə ölüb?
GÜNDƏM

Psixiatriya Xəstəxanasında pasiyent niyə ölüb?

Ötən il dekabrın 27-də Respublika Psixiatriya Xəstəxanasında müalicə alan B.V-nin (şərti) yemək yeyərkən başının arxa hissəsindən sillə vurulması nəticəsində boğularaq ölməsi barədə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə "BakuFakt.az"-a Baş Prokurorluqdan məlumat verilib.

Araşdırma zamanı məhkəmə tibbi-ekspertizası və digər laborator müayinələr keçirilib, eləcə də, zəruri prosessual hərəkətlər icra edilib.

Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, şəxsin ölümünə səbəb tənəffüs yolları, udlaq və qırtlağın yad cisimlə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olub.

Həmçinin, ekspertizanın rəyi ilə müəyyən olunub ki, şəxsə sillə ilə vurulması nəticəsində yad cismin tənəffüs yoluna düşməsi inkar olunur.

 "BakuFakt.az"

IRON MAX AZERBAIAN