“Greenville Residence”dən şikayət var:Pəncərələr aralı, təmir bərbad - VİDEO
Bakıda tikinti şirkətlərinin vətəndaşları aldatması adi hala çevrilib.
“BakuFakt.az” xəbər verir ki, növbəti belə şikayət “Greenville Residence”-lə bağlı olub. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, binadan ev alan sakinin paylaşdığı görüntülərdən mənzil həddindən artıq keyfiyyətsiz təmir olunub. Hətta pəncərələr o qədər nahamar bərkidilib ki, mənzili alan sakin aralıq məsafəsinin barmaq qədər olduğunu əyani şəkildə göstərir. Halbuki alqı-satqı müqaviləsinə əsasən, ev keyfiyyətli təmir edilmiş şəkildə alıcıya təqdim edilməlidir.
“BakuFakt.az" görüntüdəki iddialarla bağlı “Greenville Residence”-in mövqeyini öyrənməyə cəhd edib. Şirkətlə əlaqə saxlanılsa da, qarşı tərəf vətəndaşın şikayəti ilə bağlı mövqe bildirməyib.
Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra şirkət vasitəçi ilə şikayətçiyə görüntüləri silməyi və evin təmirindəki problemlərin aradan qaldırılacağını bildirib. Həmçinin sosial şəbəkədə görüntü və məlumatların paylaşıldığı digər ünvanlardan da silinməsi tələb olunub.
Görünən odur ki, şikayət ictimailəşdirilməsəydi, mənzilləri kifayət qədər baha qiymətə satan şirkət özündən qaynaqlanan problemlərin həllinə cəhd göstərməyəcəkdi.
Ümumilikdə Bakının tikinti bazarı üçün xarakterik olan bu məsələ vətəndaşları çətinlik qarşısında qoyur. Tikinti şirkətləri alıcı ilə müqavilədə nəzərdə tutulan müddəaları yerinə yetirmir və alıcı get-gəldə qalır.
“BakuFakt.az" qarşı tərəfin mövqeyini yayınlamağa hazırdır.
“BakuFakt.az"