Azad Media Susdurula Bilməz!
Hövsanda küçə ticarətinə son qoyulub-VİDEO
GÜNDƏM

Hövsanda küçə ticarətinə son qoyulub-VİDEO

Regionların sosial iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq, Suraxani rayonunun Hövsan qəsəbəsində də əməli işlər görülür. Belə işlərdən biri də qəsəbə ərazisində əhalinin narazılığına səbəb olan küçə ticarətinin yığışdırılmasıdır.

“BakuFakt.az” xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun göstərişi ilə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən  qəsəbənin İlqar Əhlimanov küçəsindəki səyyar ticarətə son qoyulub.

Bu ərazidə məhsul satışı ilə məşğul olanlar qəsəbənin Elman Qasımov küçəsindəki kənd təsərrüfatı məhsullarının gündəlik satış yarmarkasına köçürülüb. Bununla da həm küçədə hərəkətin, həm əhalinin ərzaq təhlükəsizliyinin təmini mümkün olub, antisanitariya vəziyyətinə son qoyulub.

Qəsəbə sakinləri küçə ticarətinə qarşı aparılan mübarizədən razılıqlarını ifadə edərək daxili işlər naziri Vilayət Eyvazova, Suraxanı rayon Polis İdarəsinin rəisi polis polkovniki Şəhriyar Şəmşirliyə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd ediblər ki, küçələrdə əsasən antisanitariya vəziyyətində satılan məhsullar ərzaq təhlükəsizliyini təhdid etdiyindən indi mərkəzləşdirilmiş qaydada satış yarmarkasının təşkili daha məqsədəuyğun olub. 
Digər tərəfdən, küçə və səkilərdə piyadaların sərbəst hərəkəti mümkün olub, avtomobil yollarının bağlanaraq əlavə sıxlıq yaradılmasının qarşısı alınıb.

"BakuFakt.az"

IRON MAX AZERBAIAN