GÜNDƏM
Həmyerlisini güllələyib Rusiyaya qaçmışdı:6 il sonra tutuldu
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyada tutulub.
Məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi tərəfindən barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə iş açılmış 1986-cı il təvəllüdlü Vahid Fiolet oğlu Əsgərov Rusiya ərazisində saxlanılıb.
İnterpol xətti ilə axtarışa verilmiş şəxsin Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.
V.Əsgərov 6 il əvvəl Şəmkir rayonu ərazində həmyerlisini güllələyib. O, avtomobilində Cavid Şirinov adlı şəxsə atəş açıb. Həmin vaxt güllələnən şəxsin həyatını xilas etmək mümkün olub.
BakuFakt.az