Prokuror “12-ci imam”a 13 il həbs cəzası istədi
Özünü “12-ci imam” kimi təqdim edərək 2.5 milyon manatlıq dələduzlıuq edən Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəıməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror A.Babayevin xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.
Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.
Cebhe.info