Azad Media Susdurula Bilməz!
Boşanmaq istəməyən gəlinini döyən qayınana məhkəmə qarşısında
GÜNDƏM

Boşanmaq istəməyən gəlinini döyən qayınana məhkəmə qarşısında

Bakının Nizami rayonunda 1974-cü il təvəllüdlü Adilə ailə münaqişəsi zəminində gəlini Gülnara (adlar şərti verilib - red.) xəsarət yetirib.

Hadisə bu il yanvarın 2-də baş verib. Münaqişəyə səbəb gəlinin ərindən boşanmaqdan imtina etməsi, birgə yaşadıqları evi tərk etmək istəməməsi olub.

Bu zaman onlar bir-birlərinin ünvanına nalayiq ifadələr işlədiblər. Süsən yumruqla Nəzrinin bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona xəsarətlər yetirib

Hadisəni törədən qayınana barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, yanvarın 2-də, saat təxminən 12 radələrində oğlu evə gələrək Gülnara onunla boşanmaq istədiyini deyib. Onun sözlərinə görə, bu zaman gəlin ağlayaraq boşanmaq istəmədiyini bildirib və mübahisə ediblər. O qeyd edib ki, sonra onunla gəlini arasında mübahisə olub və o, gəlininə xəsarət yetirib.

İş üzrə zərərçəkmiş gəlinin sözlərinə görə, yanvarın 2-də, saat təxminən 12 radələrində əri Sahib yaşadıqları evə gəlib:

“Ərim mənə boşanmaq istədiyini, əşyalarımı yığıb evdən getməyimi bildirdi. Mən də ona etiraz etdim. Bununla bağlı aramızda mübahisə yarandı. Ərimə “Bizim aramızda olan münasibəti sənin anan pozdu”,- dedim. Bu zaman qayınanam ünvanıma nalayiq ifadələr işlətdi. Mən də qayınanama qarşı nalayiq ifadələr işlətdim. Bu zaman qayınanam mənə tərəf gəldi, yumruqla sinə və baş nahiyələrimə vurdu”.

Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən qayınana barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

www.bakufakt.az

Şikayət və təkliflər üçün qaynar xətt:

Əlaqə :+994 55 262 66 76

BakuFakt.az

 

IRON MAX AZERBAIAN