Azad Media Susdurula Bilməz!
Keçmiş arvadı onu niyə döyüb?
GÜNDƏM

Keçmiş arvadı onu niyə döyüb?

Yeni Ramana qəsəbəsində boşanmış, lakin bir evdə yaşayan ər-arvadın davasının səbəbi məlum olub.

Belə ki, 1982-ci il təvəllüdlü Beyrut Mahmudov gərginliyə səbəb evə alınan ərzaq məhsullarının tez bitməsi və qadının az yaşlı övladlarının gözü qarşısında söyüş söyməsi olub.

Döyülən Beyrut Mahmudov ötən gecə saat 2 radələrində Sabunçu rayon xəstəxanasına müraciət edib. Ona boğazın əzilmiş yarası diaqnozu qoyulub, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Keçmiş ər deyir ki, uşaq evində böyüyüb, peşə təhsili aldıqdan sonra fərdi evlərin tikintisində fəhlə kimi çalışıb. O, sabiq arvadı Ceyhunə Məmmədova ilə 2010-cu ildə ailə qurub. Tərəflər 2018-ci ildə boşanıblar. Amma bir müddətdir ki, yenə bir yerdə yaşayırlar.

Hadisədə adı hallanan Ceyhunə Mahmudovakamera qarşısında müsahibə verməkdən imtina edib. O, keçmiş ərinə əl qaldırmadığını bildirib: "Beyrut Mahmudov aliment iddiaları ilə razılaşmayıb".

Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla əlaqədar təhqiqat araşdırmaları başlanıb, müvafiq ekspertizalar təyin edilib.

www.bakufakt.az

Şikayət və təkliflər üçün qaynar xətt:

Əlaqə :+994 55 262 66 76

BakuFakt.az

IRON MAX AZERBAIAN