GÜNDƏM
73 yaşlı kişi özünü bıçaqladı
Gəncə sakini özünə bıçaqla xəsarət yetirib.
Məlumata görə, hadisə şəhərin Zərdabi küçəsində qeydə alınıb.
Şəhər sakini, 1950-ci il təvəllüdlü Roman Məmmədov boğaz və qarın nahiyəsinin daxilinə keçən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
73 yaşlı kişinin hansı səbəbdən özünə xəsarət yetirdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
www.bakufakt.az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə :+994 55 262 66 76
BakuFakt.az