Azad Media Susdurula Bilməz!
"Birmarket" mebel şirkətini 50 min ziyana salıb
şi̇kayət müraci̇ət

"Birmarket" mebel şirkətini 50 min ziyana salıb

Bakıda fəaliyyət göstərən mebel şirkəti Birmarket mağazalar şəbəkəsi ilə əməkdaşlıq zamanı ciddi problemlərlə üzləşdiyini iddia edir. Redaksiyamıza müraciət edən şirkət təmsilçisi Fuad Mirzəyevin sözlərinə görə, bir ildən artıq davam edən əməkdaşlıq müddətində geri qaytarılan məhsulların sayında artım müşahidə olunub. İddialara əsasən, müştərilər tərəfindən xüsusilə sınıq və zədələnmiş mebellərlə bağlı şikayətlər çoxalıb.

Şikayətçinin bildirdiyinə görə, yaranmış vəziyyətin səbəblərini araşdırmaq məqsədilə anbara baş çəkərkən məhsulların saxlanma və daşınma şəraiti ilə bağlı ciddi problemlərlə qarşılaşıb. Onun sözlərinə görə, mebellərin daşınması və saxlanması qaydalara uyğun təşkil edilmədiyindən məhsullar zədələnir və nəticədə istifadəyə yararsız hala düşür.

Fuad Mirzəyev iddia edir ki, məhsulların bu vəziyyətdə müştərilərə çatdırılması narazılıqların artmasına və məhsulların geri qaytarılmasına səbəb olub. Onun sözlərinə görə, yaranmış vəziyyət şirkətə ciddi maddi ziyan vurub və fəaliyyətinə mənfi təsir göstərib.

Şikayətçi həmçinin bildirir ki, sonradan hər hansı rəsmi əsas göstərilmədən əməkdaşlığa xitam verilib. Onun iddiasına görə, şirkətin əlaqə yaratmaq cəhdləri nəticəsiz qalıb və onlar faktiki olaraq əməkdaşlıq siyahısından çıxarılıblar.

Fuad Mirzəyevin sözlərinə əsasən, baş verən hadisələr nəticəsində şirkətə 50 min manatdan artıq maddi ziyan dəyib. O qeyd edib ki, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına, o cümlədən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müraciət etməyi planlaşdırırlar.

Qeyd edək ki, materialda səsləndirilən bütün fikirlər şikayətçi tərəfin iddialarına əsaslanır. Məsələ ilə bağlı qarşı tərəfin — Birmarket mövqeyini də dərc etməyə hazırıq.

IRON MAX AZERBAIAN