GÜNDƏM
Bakıda restoranda dava: İki ofisiant tutuldu
Bakı şəhər Babək prospektində yerləşən şadlıq saraylarından birində işçilər arasında kütləvi dava olub.
Orada keçirilən toy məclisindən sonra 1985-ci il təvəllüdlü Murad Musayev bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb.
İlkin araşdırmalardan sonra hadisənin orada ofisiant işləyən Masallı sakinləri, 1993-cü il təvəllüdlü Zaur Əkbərov və qardaşı Əli tərəfindən törədilməsi müəyyən edilib. Onlar saxlanılıblar.
Faktla bağlı Nizami RPİ-nin 23-cü Polis Bölməsində araşdırma aparılır.
www.bakufakt.az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə :+994 55 262 66 76
BakuFakt.az