Azad Media Susdurula Bilməz!
Bina sakinləri bu şəxsdən narazıdır: Nalayiq hərəkətlərinə görə cəza verilməyəcək?  
GÜNDƏM

Bina sakinləri bu şəxsdən narazıdır: Nalayiq hərəkətlərinə görə cəza verilməyəcək?  

Nəsimi rayonu İzzət Həmidov küçəsi 12/16 ünvanında yerləşən” DRAFT CONSTRUCTION” binasının sakinləri həmin binada yaşayan Azər Məmmədov adlı şəxsdən narazıdırlar.

Bakufakt.az protokol.tv-yə istinadən xəbər verir ki, bina sakinlərinin redaksiyamıza daxil olan müraciətində bildirilir ki, adıçəkilən şəxs hər kəsin yanında nalayiq ifadələr işlədir, hətta hərəkət və davranışlarına nəzarət edə bilməyərək liftdə olan elanları cırır, kamera qarşısında danışaraq nalayiq hərəkətlər edir. Sakinlərin ümumi şikayəti əsasında  sahə müvəkkili Həmzə Babayev sənədləri toplayaraq Nəsimi rayonu Məhkəməsinə təqdim edib.

Ancaq sakinlər iddia edirlər ki, hakim Anar İbadzadə onun barəsində təqdim edilən bütün videogörüntülərə baxmayaraq, binanın narazılığına səbəb olan bu şəxsə qarşı heç bir cəza tətbiq etməyib. Maraqlıdır ki, ona hətta cərimə də yazılmayıb.

Sakinlər hərəkətləri ilə ciddi narazılıq yaradan, etirazlara baxmayaraq nalayiq hərəkətlərini davam etdirən şəxs barədə ciddi ölçü götürülməsini istəyirlər:

“Onun hərəkətləri uşaqlarımızın tərbiyəsinə pis təsir göstərir, özünü ictimai yerdə apara bilmir, bu barədə iradlara da söyüşlə cavab verir. Ümid edirik ki, onun barəsində qanunamüvafiq qaydada ölçü götürüləcək”.

www.bakufakt.az

Şikayət və təkliflər üçün qaynar xətt:

Əlaqə :+994 55 262 66 76

BakuFakt.az

IRON MAX AZERBAIAN