Toydan qayıdan həmyerlisini siqaret üstündə öldürən şəxsə AĞIR CƏZA
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda qətl törətməkdə təqsirləndirilən İnsanağa Əsgərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Məlumata görə, hakim Aqil Musayevin sədrliyi keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Əsgərov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, 2022-ci il mayın 24-nə keçən gecə Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsində, Heydər Əliyev parkının qarşısında qətl törədilib.
Şəhər sakini, 1991-ci il təvəllüdlü İnsanağa Əfsərağa oğlu Əsgərov həmyerlisi, 1970-ci il təvəllüdlü Natiq Adil oğlu Əhmədova bıçaqla ürək nahiyəsindən vuraraq qətlə yetirib.
İttihama görə, qohum toyundan qayıdan Natiq Əhmədov bacısı oğlunu yola salarkən sözügedən ünvanda İnsanağa Əsgərov qəflətən qarşısına çıxaraq ondan siqaret istəyib. Elə hadisə də bundan sonra baş verib. Natiq Əhmədov ürək nahiyəsindən aldığı bıçaq yarasından yerindəcə keçinib.
Mərhumun özündən sonra üç qız, bir oğul övladı qalıb.
Olaydan sonra İnsanağa Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Www.bakufakt.az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə :+994 55 262 66 76
BakuFakt.az