GÜNDƏM
17 yaşlı qız dərmandan zəhərlənib
Balakəndə 17 yaşlı qız dərmandan zəhərlənib.
Məlumata görə, rayonun Qazma kənd sakini, 2006-cı il təvəllüdlü Samirə Xəlilova zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.
Müayinə zamanı gənc qızın yaşadığı ünvanda dərmandan zəhərləndiyi məlum olub. S. Xəlilovanın hansı şəraitdə zəhərlənməsi Balakən rayon prokurorluğu tərəfindən araşdırılır.
BakuFakt.az