Azad Media Susdurula Bilməz!
26 yaşlı gənc qətlə yetirildi
GÜNDƏM

26 yaşlı gənc qətlə yetirildi

İyunun 2-də saat 1:30 radələrində Quba rayonunda 1997-ci il təvəllüdlü Rəhmanov Rəhman Ceyhun oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan BakuFakt.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 1996-cı il təvəllüdlü Abbasov Murad Rza oğlu polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

BakuFakt

 

Reklam ADS