Azad Media Susdurula Bilməz!
Bakının arxitektura incisi hesab olunan binada dəhşətli vəziyyət-VİDEO
GÜNDƏM

Bakının arxitektura incisi hesab olunan binada dəhşətli vəziyyət-VİDEO

Bakufakt.az-ın redaksiyasına Bakı şəhəri, Hüseyn Cavid prospekti,  520-ci kvartal,  19 saylı binanın sakinlərindən şikayət daxil olub. Şikayətdə bildirilir ki, sözügedən bina arxitektura nümunəsi hesab edildiyindən mühafizəsi xüsusi qaydalarla tənzimlənməlidir.

Ancaq hazırda binanın yerləşdiyi ərazi və binanın özündə dəhşətli görüntü var. Ərazidə antisanitariya baş alıb gedir, sakinlər iydən, həşəratların “hücumundan” narazıdırlar. 

Bu şəraitdə yaşamağın mümkün olmadığını deyən sakinlər bildiriblər ki, binanın mühafizəsi, ərazinin təmizlənməsi üçün dəfələrlə əlaqədar orqanlara müraciət edilib. Ancaq hər dəfə müxtəlif bəhanələrlə sakinlərin şikayəti qulaqardına vurulub: 

“Burda yaşamaq artıq mümkünsüz hala gəlib, hər tərəf çirkab içindədir. Bu şərait arxitektura nümunəsi hesab edilən binaya da təsir edir, bina aşınmaya məruz qalır. Ancaq təəssüf ki, şikayətimizə baxan yoxdur”.


 BakuFakt.az

Reklam ADS