Azad Media Susdurula Bilməz!
"Qətərdə edə bilmədiklərini bizdə etdilər: - Ramal Ədiloğlu
GÜNDƏM

"Qətərdə edə bilmədiklərini bizdə etdilər: - Ramal Ədiloğlu

“QƏTƏRDƏ EDƏ BİLMƏDİKLƏRİNİ BİZDƏ ETDİLƏR…”

 

Fütbol üzrə Dünya çempionatına ev sahibliyi edən Qətər dövləti LGBT bayraqlarını heç bir yerdə qaldırılmasına icazə vermədi. Hətta Fransa komandasının təyyarəsinin üzərində LGBT bayrağının şəkli olduğuna görə, Qətər hava limanına qəbul etmədilər. Bu səbəbdən təyyarə başqa bir dövlətin ərazisində eniş edib digər bir təyyarəylə ucuş etdikdən sonra Qətər hava limanı fransızların gəldiyi təyyarəni hava limanında qəbul etdi. 

 

Ərəblər dini dəyərlərini bütün dünya qarşısında necə qoruduqlarını dəmir bir xarakterlə nümayiş etdirdikləri halda, biz nəyə görə öz milli dəyərlərimizi qoruya bilmirik? Hansı ki, o dəyərlərimizdə qadınla-qadının, kişiylə kişinin evliliyi heç vaxt qəbul olunmayıb. Buna iyrənc bir əməl, böyük bir günah kimi baxılıb. Allahın kitabı Qurani Kərimdə də Lut qövmünün məsəli bizim müsəlman topluma yaxşı tanışdır düşünürəm…Axı biz müsəlman ölkənin müsəlman vətəndaşlarıyıq!Belə məsələlərdə Allahın kitabını ana meyar kimi nəzərdən kecirməliyik…

 

Bizə nələr olur? 2 il öncə qalxıb öz torpaqlarını azad edən, 3000 şəhidi mərdi mərdanə qəbul edib dəfn edən analrın, ataların yaşadığı torpağın-Azərbaycanın vətəndaşları deyilikmi? Bizə nələr olur? Hansısa Markın xətrinə iyrənc LGBT ni də qəbul etməliyik? Allah millətimizi betərindən qorusun…

 

P.S”Landmark Hotel Baku”nun qarşısında LGBT bayrağının qaldırılmasıyla bağlı məsələ müvafiq qurumlar tərəfindən araşdırılmalı, dərhal reaksiya verilməlidir”.

 

Ramal Ədiloğlu.

IRON MAX AZERBAIAN