Azad Media Susdurula Bilməz!
Suraxanı rayonu icra hakimiyyəti Atəşgah məbədində Novruz Şöləni
GÜNDƏM

Suraxanı rayonu icra hakimiyyəti Atəşgah məbədində Novruz Şöləni

Atəşgahda Novruz şöləni

Azərbaycanda Novruz bayramı qeyd edilir. Belə tədbirlərdən biri Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Atəşgahda keçirilib. Tədbir Novruz şöləni, milli adət-ənənələrimizin nümayişi baxımından olduqca maraqlı təşkil edilib. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, rayon təşkilatlarının rəhbərlərinin iştirak etdiyi tədbirə Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, torpaqlarımızın düşmən işğalından azad edilməsində iştirak etmiş müharibə iştirakçıları, qazilər fəxri qonaq qismində dəvət alıb. 

Rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov bayram tonqalı ətrafında toplaşan tədbir iştirakçılarına təbriklərini çatdırıb, Azərbaycanın budəfəki Novruz bayramının torpaqlarımızın düşmən işğalından azad edilməsi şəraitində keçirilməsinin xalqımız üçün xüsusi əhəmiyyətini vurğulayıb,  Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağa “Böyük Qayıdış”ın başladığını bildirib. 

Bayram tədbirində Novruz adət-ənənələrinə əsasən hazırlanmş sərgi nümayiş etdirilib, milli atributlar sərgilənib, bayram şirniyyatları təqdim edilib. Rayon sakinlərinin böyük coşğu ilə iştirak etdiyi tədbir bayram konserti ilə davam edib.
  
Şəhid ailələri, Qarabağ qaziləri, rayon ictimaiyyətinin nümayəndələri təşkilatçılara təşəkkürlərini çatdırıb, milli adət-ənənələrimizin yaşadılması baxımından belə mərasimlərin əhəmiyyətini vurğulayıblar.

Bakufakt.az

Rəşad Borcəliyev 

Reklam ADS