Hüquq eksperti İsmayıl Zalov Elşad Hacıyevdən yazdı: Azərbaycan polisinin ürəyi çox rahat şəkildə döyünür!
Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazov mübarək qədəmini polis orqanlarına basdığı gündən atdığı addımlar həmişə millətin ürəyincə olmuşdur. Onun nazir postuna qədər yüksəlişı təsadüfi bir yüksəliş olmayıb, zərurətdən doğan bir hall olması artıq zaman etibarı ilə öz təsdiqini tapmışdır.
Onun cəsarətli ürəyi daim öz prezidenti üçün sinəsinin altında vurub. Sonradan bu cəsarətin üstünə yüksək peşakarlıq, öz işinə sevgi ilə yanaşma qabiliyyəti də əlavə olunub. Zabit şərəfinin qorunması da cənab nazirin əsas keyfiyyətlərinə rəng qatıb bunların ardınca. Onun daha bir müsbət keyfiyyəti mənə görə peşakar polis zabitlərini yetişdirən bir mühit yaratması ilə əlaqədardı.
Minlərlə belə mühitdə yetişən zabitlərimizlə biz artıq fəxr edirik. Belə zabitlərdən biri də, söz adamlarının, jurnalistlərin, ictimaiyyətin çoxdan rəğbətini qazanan Elşad Hacıyevdir. Elşad Hacıyev Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələrilə iş və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi təyin edilən gündən bu şöbənin işində müsbətə doğru xeyli irəliləyişlər olmuşdur.
Sözün həqiqi mənasında, Elşad Hacıyev öz peşakar açıqlamaları, ona edilən müraciətlərə operativ həll etmə bacarığı ilə xalqın rəğbətini qazanmış bir zabitdir. Onun simasında polisin nüfuzu qaranlıqdan aydınlığa çıxmışdır.
Vaxt hər bir nəsnəni öz yerinə qoymuşdur. Bu yaxınlarda Elşad müəllim polis- polkovniki rütbəsinə layiq görülmüşdür. Bu münasibətlə əlaqədar Elşad müəllimi təbrik edirəm. Cənab nazirimizə təşəkkür edirəm ki, belə zabitlərin yetişməsi üçün polisdə münbit şərait yaradıb. Bu şəraitdə polisin ürəyi çox rahat döyünür. Polisin ürəyi rahat döyünürsə, deməli, ölkədə hər şey qaydasındadır.