Elşad Haciyev niyə hədəf seçilib?
Elşad Hacıyev niyə hədəf seçilib?
Ölkəmizin hər yerində böyük sədaqətlə çalışan, bu yolda heç bir fədakarlıqdan qaçmayan, millətimizin əmin-amanlığını və təhlükəsizliyini təmin edən polislərimiz var.
Bu peşəni hər kəs şərəflə qoruyub saxlaya bilmir. Polislik zirvəsində sui-istifadə edənlər də var, şərəflə xalqına xidmət edənlər də.
Bu yaxınlarda Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevə polkovnik-leytenant rütbəsi verdi. Hər zaman xalq və media numayəndələri ilə operativ şəkildə işləyib vətəndaşın yanında olan Elşad Hacıyevi bu rütbəyə görə təbrik edənlər də oldu, sapı özümüzdən olan baltalar da.
Özlərini müxalifət qüvvələri sayanların işləri dövləti sevən insanlara palçıq atmaqdır. Bu işin arxasında dövləti sevməyən qüvvələr də var. Elşad Hacıyev adı gələndə hər kəs hörmətlə yanaşır. Sonda sözümüzü xalq şairi Ramiz Rövşənin sözü ilə bitirək :
“Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.”
Var olun, cənab polkovnik-leytenant, siz layiq olduğunuz rütbəni aldınız. Xalq sizə hələ zamanla öz qiymətini verəcək.