Azad Media Susdurula Bilməz!
Vətəndaşları aldadan dələduz kimdir?
GÜNDƏM

Vətəndaşları aldadan dələduz kimdir?

Kanalımıza müraciət edən bir qrup vətəndaş aldadıqlarını bildirir. Onların sözlərinə görə, özünü generalın qohumu və Prezident Aparatında mühafizənin rəis müavini kimi təqdim edən Vəliyev Fərid vətəndaşlara faizlə pul verib, daha sonra o pulla onlara avtomobil satıb. Təxminən 20-yə yaxın vətəndaş aldıqları avtomobillərin pullarını ödəsə də, qarşı tərəf sənədləşmə işlərini görməkdən boyun qaçıraraq, onlara külli-miqdarda ziyan vurub. Hazırda bütün avtomobillər Vəliyev Fəridin adındadır və sənədləşmə işlərini görməkdən boyun qacirir. Əməkdaşımızla söhbətində vətəndaşlar bildirir ki, dəfələrlə onun yaşadığı evi və yaxın qohumları ilə əlaqə saxlasaq, da heç bir nəticə yoxdur. Hər dəfə pulları və ya aldıqları avtomobillərin istəyəndə, qarşı tərəf onlara hədə qorxu gelir.

Reportajda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

IRON MAX AZERBAIAN