Azad Media Susdurula Bilməz!
DİN və Aile Qadın Uşaq Problemləri üzrə Dövlət komitəsi birgə məlumat YAYDI
GÜNDƏM

DİN və Aile Qadın Uşaq Problemləri üzrə Dövlət komitəsi birgə məlumat YAYDI

Tovuzun Alakol kəndində azyaşlının nişan mərasiminin olması ilə bağlı xəbər aidiyyatı qurumları hərəkətə keçirib. Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət komitəsinin mətbuat katibi Teymur Merdanoğu və DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun BakuFakt.az-a verilən açıqlamasında deyilir :

 

14 yaşlı qızın nişan mərasiminin keçirilməsi ilə bağlı məlumat paylaşması Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürüldü. Bununla bağlı Tovuz Rayon ayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanlarin İşləri və Hüquqlarının Müdafiəsi Üzrə Komissiyaya, eyni zamanda Tovuz Rayon Polis Şöbəsinə məlumat verildi. İnformasiyanın təfərrüatını öyrənmək üçün Tovuz rayon Alakol kənd icra nümayəndəsi və nişan mərasimi olan qızın atası ilə də telefon əlaqəsi saxlanıldı. İlk başdan hər iki şəxs məlumatı təkzib etsələr də, təqdim olunan fotolardan və digər faktlardan sonra etiraf etdi. O dedi ki, bunu nişan mərasimi adlandırmayaq, iki ailə arasında həri mərasimi keçirilib.İstənilən halda yetkinlik yaşına çatmayan, məktəbli şəxslərin həri, nişan və .s. kimi mərasimlərinin keçirilməsinə qanunların yol vermədiyi tərəfimizdən valideynə izah olundu. Valideynə Dövlət Komitəsi əməkdaşları tərəfindən bildirildi ki,azyaşlı qızın nigaha məcbur edilməsi qanunla qadağandır.Valideyn də öz növbəsində belə bir qanundan məlumatsız olduğunu bildirdi. bu halların bir daha təkrar olunmayacağına söz verdi. O , övladının qanunla icazə verilən vaxta qədər nigaha təhrik etməyəcəyinə söz verdi. Beləliklə daha bir azyaşlını xilas etmiş olduq.

 

Tovuz rayonunda azyaşlı qızın ərə verilməsi ilə bağlı Tovuz rayon polis şöbəsində müvafiq araşdırma başladıb . Hər iki tərəfin valideynləri polis şöbəsinə dəvət olunub. Onlara bildirilib ki qanunla müəyyən edilmiş yaş həddinə çatmamış şəxslərin evləndirilməsi cinayət məsuliyyəti yaradır və həmin şəxslər bu məsuliyyətə cəlb oluna bilərlər. Onlarla profilaktik söhbət davam etdirilib,hər iki tərəf nişan mərasimi keçirdiklərini və qızın yaşının qanunla müəyyən edilmiş həddə çatdıqdan sonra toy edəcəklərini bildiriblər. Faktla bağlı zəruri araşdırmalar davam etdirilir.

IRON MAX AZERBAIAN