Narkomaniyanın gənclərimizə vurduğu zərərlər...
“MƏYUSLUQ DOĞURAN GƏZİNTİ…”
Dünən yaxın dostumun təkidiylə uzun illərdən sonra gecə saatlarında Bakımızın “Tarqovı” adlanan məhşur məkanında gəzintiyə çıxdıq. Bakıda yaşamağıma baxmayaraq səs-küylü olduğundan dolayı “Tarqovı”da gəzməyi çoxda sevməmişəm. Təəsüflə qeyd edərdim ki, bu gəzinti əsnasinda gördüyüm mənzərə məni xeyli məyus etdi. Narkomaniyanın son zamanlar gəncliyimizə vurduğu zərbəni açıq şəkildə sezmək olurdu. Yarı yuxulu, beli bükülmüş ciyinləri az qala qulaqlarına qədər qalxmış ağır vərəm xəstələrinin görkəmini almış həddən artıq arıq üz-gözləri yara içində xeyli gənclər gördüm. Gözlərinin qarası getmiş, dişləri 70-80 yaşlı ahıl adamın dişləri kimi tökülmüşdür. Həqiqətəndə çox məyus edici mənzərəydi.
Bundan savayı bir qism gənclərisə topa halında üz-gözləri əcayib tattoo (nakolkalı).
Biri kənarda ucadan danışır, bir qismiysə “çeçenka“ saç düzümüylə “varavskoy paxodka” ilə “strimlyaqa”lıq etmək fikrinə düşmüş krminal aləmin gənclərini xatırladırdı.
Narkomaniya bəlası genetikamıza vurulan böyük zərbədir. Bu gənclər gələcəyin əsgərləri, valideynləridir. Bu gənclərdən olan övladların aqibəti necə olacaq?Gözlərini açanda valideynlərindən hansı ibrəti hansi nümunəni götürəcəklər? Allah xalqımızı, gəncliyimizi daha da betərindən qorusun.
Bu mənzərəni doğulduğum, boya-başa çatdığım Lənkərana səfər edəndə də müşahidə edirəm….
Mən bu qlobal bəladan cixiş yolunu Aşağıdakı kimi görürəm.
1) Allahı doğru-düzgün tanımaqda, həqiqi İslamın öyrənilib əməl olunmasında.
2) Narkomaniyanın zərərlərinin orta və ali məktəblərdə şagird və tələbələrə məlumatlandırılıb, öyrədilməsində.
3) Gənclərin kütləvi idmana təşviq edilməsində.
4) Gənclərin orta məktəbdən mütaliyəyə sövq edilməsində.
5) Ən əsası dövlət büdcəsi hesabına ilk əvvəl Bakıda, Lənkəranda, Sumqayıtda, Gəncədə bir necə "Narkomaniyaya qarşı reabilitasiya" mərkəzlərinin açılmasında.
Ramal Əliyev.