Binəli Yıldırım və Şamil Ayrımın avtomobili Azərbaycanda qəzaya düşdü
Azərbaycanda avtomobil qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım və həmin partiyadan olan millət vəkili Şamil Ayrımın həyatı üçün təhlükə yoxdur.
Bakufakt.az-ın əldə etdiyi məlumata görə, siyasətçilərin müəyyən əzilmə və ağrıları olsa da, onların həyatları təhülkə altında deyil.
Türkiyəli rəsmilərin hazırda həkim nəzarətində olduğu vurğulanıb.
Azərbaycanda yol-nəqliyyat hadisəsi yaşayan Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini Binəli Yıldırım hadisə ilə bağlı paylaşım edib.
O, öz vəziyyətilə bağlı “Twitter” səhifəsində məlumat verib.
“Azərbaycana səfərimiz zamanı yol qəzası keçirdik. Allaha şükür ki, vəziyyətimiz yaxşıdır. Ehtiyat tədbiri olaraq xəstəxanada nəzarət altındayıq. Dua edən və xoş arzularını göndərən hər kəsə təşəkkür edirəm”, - siyasətçi qeyd edib.