GÜNDƏM
Goranboyda AĞIR QƏZA: Ölən var
Goranboyda rayonu, Rəhimli kəndində "Mercedes", "Daewoo Nexia" və "Opel" markalı minik maşınlarının toqquşub. Nəticədə rayonun Kürəkçay qəsəbə sakini, "Daeweoo Nexia"nın sürücüsü, 55 yaşlı Mayis Bağırov ölüb, 5 nəfər xəsarət alıb.
Bakufakt.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, Kürəkçay qəsəbə sakinləri - 83 yaşlı Oruc Orucov, 72 yaşlı Sahibə Orucova, 60 yaşlı Ceyhun Əhmədov, 59 yaşlı Xumar Əhmədova və 5 yaşlı Dəniz Əhmədova isə xəsarət alıblar.
Xəsarət alanların vəziyyətinin orta ağır olduğu bildirilir.