Azad Media Susdurula Bilməz!
Döyülən şagird barədə YENİLİK: “Anası gəlmişdi
GÜNDƏM

Döyülən şagird barədə YENİLİK: “Anası gəlmişdi

Ötən günlərdə Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbdə şagirdin döyülməsi hadisəsi ilə bağlı xəbər vermişdik.

Ciddi tədbirlərin görüləcəyini gözlədiyini deyən döyülən şagirdin atası Namiq Zeynalov  həmin məktəbdə eyni hadisələrin təkrar yaşana biləcəyindən narahat olduğunu deyib:

“Mən prokurorluğa da yazmışdım. Onlar bildirdilər ki, o uşağa hansısa uzunmüddətli cəza vermək mümkün deyil. Valideynləri ilə bağlı hansısa qanuni cəza da mümkün deyil, çünki ortada cinayət tərkibi yoxdur. Oradakı direktor əvəzinin işdən çıxarıldığı ilə bağlı məlumat yayıblar. Amma bu, düz deyil. Həmin xanım yeni direktor təyin olunduqdan sonra direktorun müavini kimi işinə davam edir.”

Şagirdin atası heç bir barışığın olmadığını xatırladıb.

“Mən yenə də təkrar edirəm. Ortada heç bir barışıq yoxdur. Mən hansısa tədbirin görüləcəyini gözləyirəm. Anası gəlmişdi, dedi ki, barışıq əldə olunsun. Mən bildirdim ki, bu gün bu iş yekunlaşdı, amma sabah həmin uşaq başqalarına da zərər verə bilər, eyni hadisə təkrarlana bilər. Ən azından tədbir görülməlidir.” – deyə o, bildirib.

Qeyd edək ki, uşağın səhhətində və ya psixologiyasında hansısa problem yoxdur. Atasının sözlərinə görə, uşaq dərsdə və dərsdən kənar məşğələlərdə aktiv şəkildə iştirak edir.

 

IRON MAX AZERBAIAN