Azad Media Susdurula Bilməz!
Azərbaycanda yeni ana olmuş qadın və körpəsi öldü
GÜNDƏM

Azərbaycanda yeni ana olmuş qadın və körpəsi öldü

TƏBİB Respublika Klinik Xəstəxanasında yeni ana olmuş qadın və körpəsinin ölümü ilə bağlı açıqlama verib.

Lent.az-ın xəbərinə görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 37 yaşlı qadın xəstəxanaya oktyabrın 2-də saat 04:04-də "40 həftəlik hamiləlik, doğuşun 1-ci dövrü, FMA (fəsadlaşmış mamalıq anamnezi)" diaqnozu ilə daxil olub.

Həmin gün saat 10:40-da cinsi qız, çəkisi 2900q (qram), boyu 49 sm (santımetr) bir diri döl dünyaya gətirib. Ananın saat 15:15-də "kəskin ağciyər, ürək-damar çatışmazlığı" diaqnozi ilə, yenidoğulmuşun saat 11:55-də "ağır asfiksiya, mekonial aspirasiya" diaqnozu ilə bioloji ölümü baş verib.

IRON MAX AZERBAIAN